Dünya
3-08-2023, 12:10
1 124
İstanbul bu gün “qovrulacaq”
Türkiyənin İstanbul şəhərində Eyyam-ı bahur (“Afrika istisi”) istilərinin bu gün zirvəyə çatması gözlənilir.
Türkiyə KİV xəbər verir ki, İstanbulda termometrlər 39 dərəcəni göstərəcək.
Boğaziçi Universiteti Kandilli Rəsədxanası Meteorologiya Laboratoriyasının müdiri və meteorologiya mühəndisi Adil Tek, Eyyam-ı bahur istilərinin Türkiyəyə Şimali Afrikadan gəldiyini və temperaturun tədricən artacağını bildirib:
“İstanbulda Eyyam-ı bahurun temperaturu bu gün “pik” nöqtəsinə çatacaq. Bu gün 39 dərəcəyədək isti olacaq. Dünənlə müqayisədə temperaturun 8 dərəcəyə yaxın artacağını gözləyirik. Həftənin sonuna yaxın havanın temperaturu tədricən azalmağa başlayacaq. Həftəsonu havanın temperaturu 35 dərəcə civarında olacaq”.