Dünya
3-08-2023, 13:30
1 118
Yaponiyada “Khanun” qasırğası nəticəsində ölənlərin sayı 2-yə çatdı
Yaponiyada baş verən “Khanun” qasırğası nəticəsində həyatını itirənlərin sayı 2-yə yüksəlib.
Xarici KİV xəbər verir ki, Yaponiyanın Okinava əyaləti və ətraflarında təsirli olan Khanun qasırğası hələ də davam edir. Təbii fəlakət səbəbindən 2 nəfərin həlak olduğu, 60 nəfərin isə yaralandığı açıqlanıb.
Okinava əyalətində 154 min 650, Kaqoşima əyalətində isə 6 min 550 evdə elektrik kəsilməsinin davam etdiyi, Nahada 260 svetoforun istifadəsiz qaldığı qeyd edilib. Beləki, əyalətdə güclü küləyin yaratdığı elektrik kəsilməsi zamanı şam yandırmağa çalışan 89 yaşlı Okinava sakini evində baş verən yanğında həyatını itirib.
Digər tərəfdən, Okinava əyalətindən həyata keçirilməsi planlaşdırılan 314 reysin ləğv edildiyi açıqlanıb. Okinava ştatında güclü leysan yağışları bir çox ərazidə daşqınlara səbəb olub. Küləyin ağacları kökündən çıxarması müşahidə edilib. Rayonda bəzi strukturlara maddi ziyan dəyib.