Paşinyan müşavirini nazir müavini təyin etdi
3-08-2023, 15:40
7 224

Paşinyan müşavirini nazir müavini təyin etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Hraçya Sarkisyanı müşaviri vəzifəsindən azad edib.
Erməni mediası xəbər verir ki, Sarkisyan müdafiə nazirinin müavini təyin edilib.
Xatırladaq ki, Hraçya Sarkisyan bundan əvvəl İrəvan meri postunu tutub. Bu ilin martında o istefa verib, apreldə isə Ermənistan hökumət başçısının müşaviri təyin edilib.

Oxşar xəbərlər