Dünya
3-08-2023, 17:05
7 303
III Çeçen müharibəsi Ukraynadakı savaşa görə başlamadı - İçkeriya hökumətinin başçısı
Üçüncü çeçen müharibəsi təkcə ona görə başlamadı ki, Ukraynadakı müharibə Rusiyanın planlaşdırdığı kimi getmir.
Bu barədə mühacirətdə olan İçkeriya hökumətinin başçısı Əhməd Zakayev Radio NV-yə müsahibəsində bildirib.
"Mən dəqiq bilirəm ki, onlar üçüncü çeçen müharibəsini planlaşdırırdilar, hazırlayırdılar. Və Putini əvəz edənlər, onun xələfləri kadırovçular və Kadırovla müharibə bəhanəsi ilə bu müharibəni başlatmalı idilər. Belə də planlaşdırılmışdı. Ancaq Ukraynadakı müharibə bunu ləğv etdi, təxirə salındı. Putin qısamüddətli müharibəyə başlatdı, o, qısa bir müharibəyə, qələbəyə ümid edirdi və gələcəkdə ordu artıq Çeçenistanın işinə baxacaqdı. Amma olan artıq oldu”, - Zakayev deyib.
Daha əvvəl bildirilmişdi ki, valideynləri və babaları İçkeriyanın müstəqilliyinin müdafiəsində iştirak etmiş Çeçenistandan olan 150-dən 200-ə qədər könüllü Rusiyaya qarşı Ukraynanın tərəfində döyüşür.
Onlar Cövhər Dudayevin, Şeyx Mənsurun və Ukrayna hərbi kəşfiyyatı ilə işləyən başqa bir "gizli” taborda döyüşürlər.
"Maqa” ləqəbli çeçen könüllülərdən biri mediaya bildirib ki, bu, onlar üçün "üçüncü çeçen müharibəsidir”. O, bu dəfə Rusiyanı məğlub etməyin mümkün olacağına əmin olduğunu bildirib.
Çeçen döyüşçüləri tezliklə evlərinə qayıtmaq və ölkələrini azad etmək istədiklərini bildirirlər.
Nizami Bağırov