Dünya
3-08-2023, 18:35
7 359
Amerikalıların üçdə biri ABŞ qoşunlarının Ukraynaya daxil olmasını dəstəkləyir
Amerikalıların təxminən üçdə biri ABŞ qoşunlarının Ukraynaya göndərilməsini dəstəkləyir.
Bu barədə Newsweek Redfield & Wilton Strategies şirkətinin keçirdiyi eksklüziv sorğunun nəticələrinə istinadən məlumat yayıb.
Ümumilikdə, ABŞ respondentlərinin 31%-i ABŞ qoşunlarının Ukraynadakı döyüş meydanına göndərilməsini dəstəkləyir və ya qəti şəkildə dəstəkləyir.
Respondentlərin dörddə biri neytral mövqe tutub, 34 faizi isə bunun əleyhinə olub. Demək olar ki, hər onuncu respondent cavab verməkdə çətinlik çəkib.
Bildirilir ki, Pentaqon sorğunun nəticələrini şərh etməyib.
İyulun 25-dən 26-dək keçirilən onlayn sorğuda ümumilikdə 1500 nəfər iştirak edib.
Nəticələrə görə, 27-42 yaş arasında olanlar, əsasən, ABŞ qoşunlarının Ukraynaya daxil olmasını "qətiyyətlə dəstəkləyirlər”.
1997-2012-ci il təvəllüdlü respondentlər belə bir addımı "ümumiyyətlə" dəstəklədiklərini bildirsələr də, 47%-i ABŞ qoşunlarının göndərilməsini dəstəklədiklərini və ya qəti şəkildə dəstəklədiklərini bildiriblər.
Bununla belə, yaşı 59-dan yuxarı olan respondentlərin demək olar ki, üçdə biri ABŞ qoşunlarının Ukraynada yerləşdirilməsinin əleyhinə olduğunu, daha 25 faizi isə bu təklifin "qəti əleyhinə” olduğunu bildirib.
18-26 yaş arasında olan Z nəslinin respondentlərinin yalnız dörd faizi ABŞ qoşunlarının göndərilməsinin qəti əleyhinə olduğunu bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Co Bayden hələ 2022-ci ilin yanvarında bildirib ki, o, Rusiyanın Ukraynaya müdaxiləsinə ABŞ qoşunlarını müharibə bölgəsinə göndərməklə cavab verməyi planlaşdırmır.