Mbappedən Buffona MÜRACİƏT: “Qızıl insan...”
3-08-2023, 17:40
7 103

Mbappedən Buffona MÜRACİƏT: “Qızıl insan...”

PSJ-də çıxış edən 24 yaşlı fransız hücumçu Kilian Mbappe əfsanəvi italiyalı qapıçı Canluici Buffona müraciət edib.
Xarici media xəbər verir ki, avqustun 2-də o, futbolçu karyerasını başa vurduğunu açıqlayıb. 2018/19 mövsümündə Mbappe və Buffon eyni klubda - PSJ-də çıxış ediblər.
“Sizinlə görüşmək və əfsanəvi karyeranızla yollarımızın kəsişməsi böyük şərəf idi. Ömrümün sonuna qədər saxlayacağım dəyərli məsləhətlər verən qızıl adam. Hər vaxtınız xeyir və çox sağ olun”, - Mbappe sosial şəbəkələrdə yazıb.
Xatırladaq ki, Canluici Buffon böyüklər səviyyəsində ilk oyununu 1995-ci ildə keçirib. Beləliklə, onun karyerası 28 il davam edib! 2006-cı ildə İtaliya millisinin heyətində dünya çempionu olub.

Oxşar xəbərlər