Dünya
3-08-2023, 17:45
7 068
Arayik Arutyunyan Azərbaycanla inteqrasiyanın gizli tərəfdarıdır – “Hraparak”
Arayik Arutyunyan reallığı təqdim edərək və mötərizələri açaraq, yerli televiziyaya eksklüziv müsahibə verəcəyini açıqlayıb. Bəziləri bu bəyanatı və Qarabağ "hakimiyyətinin” son addımlarını onların Azərbaycanla dialoqa və bəzi məsələlərdə güzəştə getməyə hazır olması ilə izah edirlər.
Onlar hesab edirlər ki, Arayik Arutyunyan Azərbaycanla inteqrasiyanın gizli tərəfdarlarından biridir, o, açıq şəkildə "inteqrasiya olmayacaq” deyənlərə qoşulur, əslində isə gizli şəkildə inteqrasiya istiqamətində addımlar atır.
Bu barədə "Hraparak” yazır.
Erməni nəşri yazır ki, Arayik Arutyunyan yaxın gələcəkdə hansı addımları atacağını müzakirə edəcək və qərarlar qəbul edərək, daha bir qurum yaratmaq qərarına gəlib. Artıq Rusiyanın dəstəyindən heç bir gözləntiləri olmadığı üçün onlar başa düşürlər ki, yalnız özlərinə arxalanmalıdırlar və Qarabağda qalan insanlar nə edəcəkləri barədə kollektiv qərar verməlidirlər:
"Nə qədər yüksək vəzifə tutsa da, bunu bir bir nəfər həll edə bilməz. Bu qurum 120 min insanın fikrini əks etdirməlidir. Lakin həyat göstərir ki, Qarabağda "hakimiyyətdə” olan insanlar, məsələn, keçmiş "prezidentlər" məsuliyyəti öz üzərinə götürməkdən imtina edirlər. Digərlərinin bir-biri ilə problemləri var və birlikdə işləyə bilmirlər. Üçüncü tərəflərin iştirakı yalnız dağıdıcıdır. Ona görə də belə qurumlar yaranır və kağız üzərində qalır".