Dünya
4-08-2023, 13:25
1 212
Almaniyada pisləşən iqtisadiyyata üsyan
Almaniyada gedərək artan iqtisadi böhran səbəbi ilə ölkə mətbuatı baş nazir Olaf Şoltsa açıq məktub ünvanlayıb.
Xarici informasiya vasitələrinə istinadən xəbər verir ki, alman mətbuatında ən sərt tənqid Bild qəzetindən gəlib.
Bild qəzeti dünənki sayında dərc etdiyi "Hörmətli kansler" başlıqlı açıq məktubda ölkənin içində olduğu dərin iqtisadi böhrana diqqət çəkib.
Almaniya kansleri Olaf Şoltsa ünvanlanan məktubda “Kömək edin, iqtisadiyyatımız çökür” ifadəsi işlədilib.
İqtisadiyyatın pis olmasına baxmayaraq uzun müddət “böhran” sözünü işlətməkdən çəkinən mətbuat baş nazirə ünvanlanan rəsmi məktubda iqtisadiyyatın necə çətin vəziyyətdə olduğu misallarla izah edib:
“Bağışlayın, tətiliniz zamanı sizi narahat edirik, amma bu, həqiqətən də təcilidir. Bütün iş sahələrindən kömək çağırışları yüksəlir. İnflyasiya yüzdə 6,5 ilə Avro bölgəsi ortalamasının üzərindədir. Beynəlxalq Valyuta Fondu iqtisadiyyatımızın daraldığını deyir. İqtisadiyyatı daralan yeganə ölkə bizik. Sifarişlər Maşın istehsalçıları yüzdə 15 azaldı. Planlanan investisiyaların yüzdə 53-ü ləğv edildi. 1,75 milyon ixtisaslı kadr çatışmazlığı var. İnsanlar ev tapa bilmir. 100 minlik sosial ev vədini tuta bilmədiniz. Yalnız 22.500 yaşayış yeri təsdiqlənib. Bütün bunlar insanları narahat edir. Bu gündən başlayaraq bu çöküşə qarşı nə edəcəksiniz? Sənayemizi və rifahımızı necə xilas edəcəksiniz? Və sualımız budur: hökumətiniz bütün bunları nəzarət altına ala biləcəkmi? Yoxsa ölkəmiz batır?”