Dünya
4-08-2023, 13:30
1 191
Rusiya Ermənistanla ticarət dövriyyəsini artırıb
2023-cü ilin yanvar-may aylarında Rusiya ilə Ermənistan arasında qarşılıqlı ticarətin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 86%, İrəvandan Moskvaya ixrac isə rekord həddə - 3,3 dəfə artıb.
TASS xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bildirib.
"Keçən il qarşılıqlı ticarət dövriyyəsi bütün rekordları qıraraq 5 milyard dollara çatıb. Biz bu il də müsbət dinamikanı müşahidə edirik: yanvar-may aylarında ticarət 2,3 milyard dollar həcmdə artıb”, - Qonçar bildirib.
O əlavə edib ki, Moskva Rusiya-Gürcüstan sərhədindəki Yuxarı Lars keçid məntəqəsinin imkanlarının artırılması fonunda İrəvanla qarşılıqlı ticarətin həcminin daha da artacağını gözləyir.