İnsan, yoxsa ayı? - Müzakirələrə səbəb olan video
4-08-2023, 14:55
1 332

İnsan, yoxsa ayı? - Müzakirələrə səbəb olan video

Çinin Hançjou zooparkında bir ayının iki ayaq üstə dayanaraq insana bənzər davranış nümayiş etdirdiyi video sosial şəbəkələrdə müzakirələrə səbəb lub.
Görüntüləri izləyənlərin əksəriyyəti onun ayı kostyumu geyinmiş insan olduğunu iddia ediblər. Zoopark rəsmiləri açıqlama yayaraq, Kira adlı ayının insan olmadığı və onun günəş ayısı adlandırıldığını bildiriblər. 
İngiltərənin Vəhşi Təbiət Parkı səlahiyyətliləri də açıqlama yayaraq Çin zooparkından verilən açıqlamanı təsdiqləyiblər. Onlar bildiriblər ki, Kira Günəş ayısı və ya Malay cinsi kimi tanınır. 



Oxşar xəbərlər