Gürcüstanın Şovi kurortunda daha 4 nəfərin meyiti aşkar edilib
4-08-2023, 17:20
7 968

Gürcüstanın Şovi kurortunda daha 4 nəfərin meyiti aşkar edilib

Gürcüstanlı xilasedicilər Şovi kurortunda torpaq sürüşməsi nəticəsində ölən daha 4 nəfərin meyitini tapıblar.
Bu barədə "İmedi" telekanalı məlumat yayıb.
Fəlakət bölgəsində olan və torpaq altında qalan 31 nəfərin axtarışları davam edir.
Qeyd edək ki, axtarış tədbirlərinə 400-ə yaxın xilasedici və kinoloq cəlb edilib. Artıq 210 nəfər təxliyə edilib.

Oxşar xəbərlər