Dünya
4-08-2023, 18:55
7 266
Avropa İttifaqından xəbərdarlıq
Avropa İttifaqı (Aİ) Komissiyasının böhranların idarə edilməsindən məsul üzvü Janez Lenarçiç bir çox ölkənin bir tərəfdən daşqınlar, digər tərəfdən isə yüksək temperatur təhlükəsi ilə qarşı-qarşıya qaldığını bildirib.
Xarici informasiya vasitələri xəbər verir ki, Janez Lenarçiç bu barədə Twitter sosial media hesabın paylaşım edib.
Onun sözlərinə görə Avropadakı fəlakətli vəziyyət həyəcan vericidir.
Lenarçiç Serbiya, İsveç, Norveç, Avstriya, Macarıstan, Xorvatiya və Sloveniyada həm yüksək temperatur, həm də yağış səbəbiylə qırmızı həyəcan vəziyyətində olduğunu qeyd edib. Həmçinin, Bolqarıstan, Yunanıstan, Yunan Kipr Administrasiyası, İspaniya, İtaliya, Fransa, Portuqaliya, Xorvatiya və Türkiyədə meşə yanğını təhlükəsinin olduğunu vurğulayıb.
Janez Lenarçiç Avropa İttifaqının vəziyyəti diqqətlə izlədiyini və kömək etməyə hazır olduğunu qeyd edib.