Pekində yüksək təhlükə səviyyəsi elan edilib
5-08-2023, 18:00
17 314

Pekində yüksək təhlükə səviyyəsi elan edilib

Çin paytaxtının hakimiyyət orqanları şəhərin bəzi rayonlarında təbii fəlakət riski ilə bağlı yüksək (“qırmızı”) təhlükə səviyyəsi elan edib.
Xarici media xəbər verir ki, həmin rayonlarda torpaq sürüşmələri və çökmə riski mövcuddur.
Pekin meteorologiya idarəsinin “Weibo” sosial şəbəkəsindəki səhifəsində yerləşdirdiyi məlumata görə, avqustun 6-sı günortayadək qüvvədə qalacaq xəbərdarlıq ilk növbədə paytaxtın daha çox yağıntı düşmüş qərb və şimal rayonlarına şamil edilir.
Bundan başqa, cənub istiqamətindəki Fentay rayonu da risk bölgəsinə daxildir.

Oxşar xəbərlər