Çinli turistlərin Rusiyaya buraxılmaması qalmaqala səbəb oldu
5-08-2023, 14:05
16 700

Çinli turistlərin Rusiyaya buraxılmaması qalmaqala səbəb oldu

Bir qrup çinli turistin Rusiyaya daxil olmasına icazə verilməməsi Çinin etirazına səbəb olub.
“Bloomberg” agentliyi xəbər verir ki, iyulun 29-u Rusiya-Qazaxıstan sərhədini keçməyə çalışan 5 çinli turist nəzarət-buraxılış məntəqəsində 4 saat ərzində dindirilib. 
Ölkəyə buraxılmayan turistlərin vizaları da ləğv olunub. 
“Bu insidentdə Rusiya hüquq-mühafizə orqanlarının qəddar hərəkətləri Çin vətəndaşlarının qanuni hüquq və maraqlarını ciddi şəkildə pozub”, - deyə Çinin Moskvadakı səfirliyinin yaydığı məlumatda qeyd olunub. 
Səfirlik bildirib ki, insidentdə iştirak edən turistlərin təqdim etdiyi videogörüntülər təhlil edildikdən sonra, diplomatik nümayəndəlik Rusiya XİN-ə, Federal Təhlükəsizlik Xidmətinə və Federal Sərhəd Xidmətinə müraciət ünvanlayıb. 
Baş verən hadisənin iki ölkə arasındakı münasibətlərə zidd olduğu vurğulanıb.

Oxşar xəbərlər