Dünya
7-08-2023, 10:01
984
Gürücstandakı torpaq sürüşməsində azərbaycanlı həlak oldu
Şimal-qərbi Gürcüstanın yüksək dağlıq kurort şəhəri olan Şovidə baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 18-ə çatıb.
“Sputnik Georgia” xəbər verir ki, ölənlər arasında 18 yaşlı azərbaycanlı Samirə İsayeva da var.
Faciə ilə əlaqədar bu gün Gürcüstanda matəm elan edilib.
Xatırladaq ki, Şovi kurort şəhəri Gürcüstanın şimal-qərbində Raça-Lexum və Kvemo Svaneti mxaresində (vilayət) yerləşir. Şəhəri 2 yerə bölən Buba çayının daşması nəticəsində isə bölgədə torpaq sürüşməsi baş verib.
Gürcüstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, axtarışlar davam etməkdədir.