Arayikin müsahibəsi psixoloji problem yaradıb
7-08-2023, 10:15
918

Arayikin müsahibəsi psixoloji problem yaradıb

Ötən gün Qarabağın qondarma rejiminin “prezidenti” Araik Arutyunyan “Artsax TV”yə müsahibə verib.
Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, separatçı rəhbər müsahibəsində Qarabağda “yeni addımlar” planlaşdırdığını bildirib.
Onun sözlərinə görə, bölgə erməniləri öz müqəddəratını təyinetmə hüququndan istifadə etməlidir. Tanınmamış “DQR” “lideri” onu da əlavə edib ki, hazırda bölgə “humanitar fəlakət”in astanasındadır və “Artsax” buna baxmayaraq, öz mübarizəsini aparacaq.
Erməni nəşri yazır ki, buna baxmayaraq, A. Arutyunyanın müsahibəsi Qarabağda daha böyük psixoloji problemlər yaradıb, çünki onun çıxışında hərəkət istiqamətləri, bölgədəki “böhran”ın idarə olunması və insanların gələcəyi ilə bağlı heç nə yox idi.
Qəzet əlavə edib ki, separatçının açıqlaması sıravi erməniləri məyusluğa boğub. Onlar tunelin sonundakı işığın görünmədiyini bildiriblər.

Oxşar xəbərlər