İranlı qadın Danimarkada “Quran”ı cırdı
7-08-2023, 13:44
1 158

İranlı qadın Danimarkada “Quran”ı cırdı

Son zamanlar Avropada “Quran-i Kərim” kitabına qarşı vandalizm halları artıb. Danimarka və İsveçdə tez-tez oxşar insidentlər yaşanır.
Belə hadisələrdən biri də yenidən Danimarkada qeydə alınıb.
Belə ki, incəsənət sahəsində fəaliyyət göstərən iranlı qadın Firuzə Bazrafkan İranın Kopenhagendə yerləşən səfirliyinin qarşısında “Quran-i Kərim”ı cıraraq onu sürtgəcdən keçirib. O bu hadisəni lentə alıb və öz yutub kanalında paylaşıb. Bazrafkan bunu İran rejiminə etiraz əlaməti olaraq etdiyini bildirib. 
Sözügedən görüntülər sosial şəbəkələrdə müzakirələrə və etirazlara səbəb olub.

Oxşar xəbərlər