Çin səfiri Filippin XİN-ə çağırıldı
7-08-2023, 13:51
1 182

Çin səfiri Filippin XİN-ə çağırıldı

Çin səfiri Filippin XİN-ə çağırılıb.
Xarici media xəbər verir ki, prezident Ferdinand Markosun sözlərinə görə, səfir Çin sahil mühafizəsi tərəfindən Cənubi Çin dənizində Filippin gəmilərinə qarşı su şırnaqlarından istifadə edildiyinə görə çağırılıb.
Hadisə şənbə günü Filippin Sahil Mühafizəsi Spratli adalarında yerləşən Filippin qoşunları üçün qida, su, yanacaq və digər ləvazimatlar daşıyan çarter qayıqlarını müşayiət edərkən baş verib.
Pekin hər il trilyonlarla dollarlıq ticarətin olduğu Cənubi Çin dənizinə iddialıdır.

Oxşar xəbərlər