Burkina-Fasoda silahlıların hücumu nəticəsində azı 20 nəfər ölüb
8-08-2023, 10:34
1 163

Burkina-Fasoda silahlıların hücumu nəticəsində azı 20 nəfər ölüb

Burkina-Fasonun şərqindəki Noxao şəhərində bazar günü cihadçı yaraqlıların hücumu nəticəsində azı 20 nəfər həlak olub.
Bu barədə ölkənin təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən AFP məlumat yayıb.
Qeyd olunub ki, başqa şəhərdə yerləşən bazardan qayıdan tacirlərin avtomobil karvanına hücum edilib. Hücumçular, sağ qalanların və şahidlərin fərqli ifadələrinə görə, 20-25 nəfəri öldürüblər, daha sonra talan etdikləri avtomobilləri yandırıblar.
Təxminən 10 nəfər müxtəlif dərəcəli xəsarət alıb və onlar xəstəxanaya yerləşdirilmək üçün qonşu Bittu şəhərinə təxliyə ediliblər.

Oxşar xəbərlər