“Neftçi” “Qalatasaray”ın 24 yaşlı futbolçusunu almağa çox yaxındır
8-08-2023, 11:21
1 163

“Neftçi” “Qalatasaray”ın 24 yaşlı futbolçusunu almağa çox yaxındır

BAKU.WS xəbər verir ki, bu barədə iddia İtaliya mətbuatında yayılıb.
Məlumata görə, “Ağ-qaralar” 24 yaşlı futbolçunu icarə əsasında heyətinə cəlb etmək istəyir.
Ötən mövsümü müqavilə əsasında getdiyi “Piza” ilə uğurlu çıxış edən Morutanla “Bari”, “Palermo”, “Sampdoriya” kimi komandaların da maraqlandığı vurğulanıb.
2021-ci ildə "Qalatasaray"ın heyətinə qatılan rumıniyalı futbolçunun klubla 2026-cı ilə qədər müqaviləsi var.
Qeyd edək ki, yarımmüdafiəçi “CimBom”da Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin heyətində yer almayıb.

Oxşar xəbərlər