Türkiyədə dəhşətli partlayış: 8 koronavirus xəstəsi öldü
19-12-2020, 12:19
229

Türkiyədə dəhşətli partlayış: 8 koronavirus xəstəsi öldü

Türkiyənin Qaziantep şəhərində koronavirus xəstəxanasında oksigen cihazından qaynaqlanan partlayış baş  verib.
Hadisə bu gün səhər saatlarında Sanko Universitetinin xəstəxanasında qeydə alınıb. 
Nəticədə oksigen cihazına bağlı olan 8 nəfər  koronavirus xəstəsi dünyasını dəyişib. Reanimasiyada olan 14 ağır xəstə isə başqa xəstəxanaya  köçürülüb.

Oxşar xəbərlər