Madriddə kütləvi dava 11 nəfəri xəstəxanalıq etdi
8-08-2023, 12:39
1 473

Madriddə kütləvi dava 11 nəfəri xəstəxanalıq etdi

Madriddə, Markes de Vadillo meydanında kütləvi dava olub.
Bu barədə “Telemadrid” məlumat yayıb.
Hadisə nəticəsində 21-25 yaşlarında olan 11 nəfər müxtəlif kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Qeyd olunur ki, gənclər arasında dava “Feliks” gecə klubunda başlayıb, daha sonra meydanda davam edib.
İnsidentə görə 12 nəfər saxlanılıb. Onların əksəriyyətinin ispan mənşəli olduğu müəyyən edilib. 
Davanın səbəbləri araşdırılır.

Oxşar xəbərlər