Dünya
8-08-2023, 18:05
7 021
Bill Qeyts yeni sevgilisi ilə GÖRÜNTÜLƏNDİ
Dünyaca məşhur “Microsoft” şirkətinin yaradıcısı Bill Qeyts gecəyə yeni sevgilisi ilə gəlib.
Xarici KİV xəbər verir ki, 67 yaşlı Bill Qeyts yeni sevgilisi 60 yaşlı Paula Hurdla birlikdə “Amazon” şirkətinin yaradıcısı Ceff Bezosun nişan gecəsində iştirak edib.
Məclis avqustun 2-də İtaliyanın “Pozitano” şəhərində Bezosun super yaxtasında keçirilib. Hurd, 2019-cu ildə 62 yaşında xərçəngdən vəfat edən keçmiş “Oracle” texnologiya şirkətinin baş direktoru Mark Hurdun dul arvadıdır.
2022-ci ilin avqustunda Bill Qeyts arvadı Melinda ilə rəsmən boşanıb. Onlar 1994-cü ildən evli idilər. Melinda uzun müddət "Microsoft"da şirkətin multimedia məhsullarının hazırlanması departamentində çalışıb.
Qeyd edek ki, onlar evliliyi müddətində üç uşaq böyüdüb və xeyriyyə fondu qurublar.