Dünya
9-08-2023, 11:47
1 448
“Barselona”dan son 10 dəqiqədə 3 qol
“Barselona” mövsümöncəsi son yoldaşlıq görüşündə “Tottenhem”i məğlub edib.
Xarici medianın xəbərinə görə, Barselonadakı Olimpiya Stadionunda keçirilən görüş 4:2 hesabı ilə başa çatıb. Qaliblər arasında Robert Levandovski (3-cü dəqiqə), Ferran Torres (81), Ansu Fati (90) və Abdessamad Ezzalzouli (90+3) yer alıb. Oliver Skipp “Tottenhem”in heyətində dubla imza atıb (24, 36).
İspaniya çempionatının ilk turunda “Barselona” avqustun 13-də səfərdə “Xetafe” ilə qarşılaşacaq. "Tottenhem" İngiltərə Premyer Liqasının yeni mövsümünə elə həmin gün “Brentford” ilə səfər oyunu ilə başlayacaq.