Gürcüstanda sürüşmə zonasında daha bir gəncin meyiti tapıldı
9-08-2023, 12:15
1 616

Gürcüstanda sürüşmə zonasında daha bir gəncin meyiti tapıldı

Gürcüstanda Şovi dağ kurortunda sürüşmə nəticəsində ölənlərin sayı 20-yə çatıb. 
Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, 20 yaşlı gəncin cəsədini aşkar ediblər.
Avqustun 3-də baş verən sürüşmə nəticəsində körpülər dağılıb, Şovinin girişindəki yola ziyan dəyib. Xilasedicilər 210 nəfəri təxliyə ediblər. Ondan çox adam, o cümlədən bir neçə uşaq axtarılır.

Oxşar xəbərlər