Övladını öldürdü, özü intihara cəhd etdi
9-08-2023, 13:55
1 602

Övladını öldürdü, özü intihara cəhd etdi

20 yaşlı qadın üç aylıq körpəsini öldürərək intihara cəhd edib.
Xarici media bildirir ki, hadisə Krasnodarda baş verib. Avqustun 8-də səhər saatlarında qadın 3 aylıq körpəsini sinəsindən bıçaqla ölümcül yaralayıb, bundan sonra intihara cəhd edib. Körpə ölüb, gənc ana xəstəxanadadır. Psixoloji və psixiatrik müayinələrdən sonra istintaq həbs üçün vəsatət verəcək.
Mənbənin məlumatına görə, qadın oğlu və valideynləri ilə birlikdə fərdi evdə yaşayır. Bu ilin aprelində o, narkotik vasitələrin satışına görə cinayət məsuliyyətinə cəlb edilib, lakin məhkəmə hamilə olduğuna görə cəzanı təxirə salıb.
Faktla bağlı cinayət işi başlanıb.

Oxşar xəbərlər