Kralın oğlu 27 il sonra vətəninə qayıtdı
9-08-2023, 14:55
6 687

Kralın oğlu 27 il sonra vətəninə qayıtdı

Tailand kralı Maha Vaciralonqkornun ikinci oğlu 27 il sonra ölkəyə gözlənilməz səfər edib. 
CNN xəbər verir ki, onun ölkəyə qayıtması krallıqda çoxlarını təəccübləndirib.
ABŞ-da yaşayan və işləyən 42 yaşlı Vaçaraesorn Vivaçaravonqse Banqkokda imkansız uşaqlar üçün uşaq bağçasına baş çəkib.
Vaçaraesorn 71 yaşlı Kral Vaciralonqkornun 1994-cü ildə evləndiyi və sonra boşandığı ikinci həyat yoldaşı Yuvadhida Polprasertlə nikahından dünyaya gəlmiş dörd oğlundan ikincisidir.
Vaçaraesorn, anası və bacıları boşanmadan sonra bir-birlərindən uzaqlaşdılar və onun rəsmi kral titulu yoxdur.
Kral sarayı onun səfəri ilə bağlı heç bir rəsmi məlumat yaymayıb.

Oxşar xəbərlər