Dünya
10-08-2023, 12:37
1 586
Kim Çen In orduya əmr verdi
Şimali Koreya lideri Kim Çen In mümkün müharibəyə "hücumedici" hazırlıq görməyə çağırıb.
KCNA xəbər verir ki, bu bəyanat Cənubi Koreya və ABŞ-ın birgə hərbi təlimlər planları fonunda verilib.
"O, Koreya yarımadası və onun ətrafındakı mövcud vəziyyəti dərindən ümumiləşdirdi və təhlil etdi və Koreya Xalq Ordusunun hücum xarakterli hərbi hazırlığının daha da artırılması ilə bağlı əmrlər verdi", - agentlik yazıb.
Qeyd olunur ki, ötən ay Rusiyanın müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi Rusiya hərbi nümayəndə heyətinin səfərindən sonra Kim Çen In bu yaxınlarda Şimaldakı əsas silah-sursat zavodlarına üç günlük “sahə turu” keçirib.