Dünya
10-08-2023, 13:37
1 402
Rusiyada 17 nəfər koronavirusunun yeni variantına YOLUXUB
Rusiyalı mütəxəssislər aprel-avqust ayları ərzində EG.5 və ya “Eris” koronavirusunun yeni variantı ilə 17 yoluxma halı müəyyən ediblər.
TASS xəbər verir ki, bu barədə" Rospotrebnadzor"un mətbuat xidməti məlumat yayıb.
“Rusiya Federasiyasında EG.5 variantı ilə ilk təcrid olunmuş yoluxma halları 2023-cü ilin aprelində aşkar edilib", - məlumatda deyilir.
Departament ölkədə bu variantın “hələ geniş yayılmadığını” vurğulayıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "Eris" varinatını nəzarət altında olan seçimlər siyahısına əlavə edib. Dünyada virusu ehtiva edən ilk nümunələr 2023-cü ilin fevralına təsadüf edir. ÜST-nin məlumatına görə, dünyada bu variantın aşkarlanması tezliyi 6,2%-dən 11,6%-ə yüksəlib. .
Variant Çində, ABŞ-da, Böyük Britaniyada, həmçinin Avropa və Asiyanın bəzi ölkələrində yayılıb. İndiyə kimi 51 ölkədə aşkarlanıb.