Dünya
11-08-2023, 13:45
7 985
Ermənistan hökuməti Snup Doqun konsertinə 6 milyon dollar ayırdı
Dünya şöhrətli hip-hop ulduzu Snup Doqun İrəvandakı konsertinə 6 milyon dollara yaxın vəsait ayrılıb.
Erməni mediası xəbər verir ki, bu barədə qərar Ermənistan hökumətinin iclasında qəbul edilib.
Göstərilən məbləğ musiqiçiyə qonorarın ödənilməsinə, sənətçi komandasının texniki tələblərinə, mühafizə və sığorta xərclərinə, yüksək keyfiyyətli texniki avadanlıqla təmin olunmasına və tanıtım tədbirlərinin həyata keçirilməsinə sərf olunacaq.
Hökumət konsertə turistlər də daxil olmaqla 20-25 min adamın qatılacağını gözləyir.
Qeyd edək ki, Snup Doq konserti sentyabrın 23-də İrəvandakı “Razdan” stadionunda baş tutacaq.