
Dünya
11-08-2023, 18:03
7 667
Polşada sərnişin qatarı yük maşını ilə toqquşdu: 22 nəfər xəsarət aldı
Xarici media xəbər verir ki, qəzanın yük maşını sürücüsünün həmsəviyyəli keçiddə “Saxla” işarəsinə tabe olmayaraq qatar yoluna daxil olması səbəbindən baş verib.
Həmsəviyə keçidində baş verən qəzadan sonra hadisə yerinə çoxlu yanğınsöndürən və sağlamlıq qrupları göndərilib.
İlkin məlumata görə, qəza nəticəsində 22 nəfər xəsarət alıb. Hadisə yerinə gələn sağlamlıq qrupları tərəfindən yaralılara ilkin tibbi yardım göstərilib. Vəziyyəti ağır olan bir nəfər təcili tibbi yardım helikopteri ilə xəstəxanaya çatdırılıb.
Hadisə yerində işlər davam edərkən, Nasielsk-Sierpc qatar xətti bir müddət nəqliyyata bağlanıb.

