Filadelfiyada idman meydançasında gənclərə atəş açılıb, ölənlər var
14-08-2023, 10:45
1 365

Filadelfiyada idman meydançasında gənclərə atəş açılıb, ölənlər var

ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərində basketbol meydançasında açılan atəş nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb.
Bu barədə ABC-nin yerli bürosu məlumat yayıb.
Bildirilib ki, kimliyi bəlli olmayan 5 nəfər basketbol meydançasında toplaşan gənclərə atəş açıb. Yaralananlardan 2-si olay yerində, digəri xəstəxanada keçinib.
Hadisəni törədənlərin axtarışına başlanıb.

Oxşar xəbərlər