Polşada casusluğa görə Rusiya vətəndaşları həbs edildilər
14-08-2023, 12:50
1 751

Polşada casusluğa görə Rusiya vətəndaşları həbs edildilər

Polşa kəşfiyyat orqanları casusluqda ittiham olunan iki rusiyalını həbs edib. 
Bu barədə X sosial şəbəkəsindəki (keçmiş “Twitter2) səhifəsində Polşa Daxili İşlər Nazirliyinin rəhbəri Mariuş Kaminski məlumat verib.
"Hər ikisi casusluq da daxil olmaqla başqa ittihamlar əsasında həbs edildi", - deyə Kaminski yazıb. 
O, şübhəlilərin adlarını və digər təfərrüatları açıqlamayıb.

Oxşar xəbərlər