Meksikada soyuducudan 34 cəsəd çıxarıldı
15-08-2023, 10:20
10 496

Meksikada soyuducudan 34 cəsəd çıxarıldı

Meksikanın Verakruz əyalətində keçirilən əməliyyatda 5 evdə soyuducuda gizlədilmiş 34 nəfərin cəsədi tapılıb.
Polislər cəsədlərin parçalanaraq torbalara qoyulduğunu, hadisə ilə bağlı 6 nəfərin həbs edildiyini bildirib.
Əməliyyat zamanı cinayətkarlara məxsus avtomobil, müxtəlif silahlar və bəzi narkotik vasitələr də ələ keçirilib.
Qətllərin bölgədə fəaliyyət göstərən və müxtəlif cinayətlərdə əli olduğu bilinən "Jalisco Next Generation Cartel" (CJNG) tərəfindən törədildiyi güman edilir.

Oxşar xəbərlər