Təbrizdə su qıtlığı YARANIB
15-08-2023, 10:45
16 972

Təbrizdə su qıtlığı YARANIB

Təbrizin müxtəlif ərazilərində, o cümlədən Bağmeşə, Nəsr, Mərzdaran, İsmayıl Baqqal (Vəhdət) və Vəli-Əsr küçələrində son bir neçə gündə içməli su tez-tez və uzunmüddətli kəsilir, digər bölgələrdə də suyun təzyiqində problemlər yaşanır. 
Bu barədə "Azad İran Telegram" kanalı  məlumat yayıb.  
Bildirilir ki,  isti havalarda davamlı su kəsintiləri insanlarda narahatlıq yaradıb. Həmçinin, əhali şəhərin bir sıra supermarketlərində də mineral su çatışmazlığı ilə qarşılaşıb.

Oxşar xəbərlər