Avropa çempionatı: Azərbaycan voleybol millisi bu gün qrupda son oyununu keçirəcək
23-08-2023, 18:30
63 446

Avropa çempionatı: Azərbaycan voleybol millisi bu gün qrupda son oyununu keçirəcək

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Almaniyanın Düsseldorf şəhərində keçirilən Avropa çempionatında bu gün növbəti oyununa çıxacaq.
Ataman Güneyligilin yetirmələri yer aldıqları C qrupunun son matçında İsveçlə qarşılaşacaqlar.
Dörd turdan sonra 5 xalla qrupda üçüncü pillədə qərarlaşan yığmamız mərhələ adlamaq üçün son görüşündə də qələbə qazanmalıdır. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Bu gün qrupun digər matçında Türkiyə yığması Yunanıstanı (19:00) sınağa çəkəcək. Qrup mərhələsinə avqustun 24-də keçiriləcək Çexiya – İsveç və Türkiyə - Almaniya oyunları ilə yekun vurulacaq.


KomandalarOQMT-FX
1Türkiyə3309-19
2Almaniya4229-77
3Azərbaycan4227-85
4Çexiya4227-85
5Yunanıstan4135-104
6İsveç3124-73

Oxşar xəbərlər