Azərbaycanın yeniyetmə qız cüdoçusu ölkənin tarixinə düşüb
25-08-2023, 11:00
56 904

Azərbaycanın yeniyetmə qız cüdoçusu ölkənin tarixinə düşüb

Azərbaycanın yeniyetmə cüdoçusu Xədicə Qədəşova ölkənin tarixinə düşüb.
İdmançı buna Xorvatiyada keçirilən dünya çempionatında qızıl medal qazanmaqla nail olub.
Qədəşova Azərbaycanda bütün yaş kateqoriyalarında dünya çempionatlarında bunu bacaran ilk cüdoçudur.
Qeyd edək ki, Xədicə Qədəşova bu il Portuqaliyada keçirilən yeniyetmələrin Avropa çempionatında bürünc medal əldə edib.

Oxşar xəbərlər