Araik 6 saatlıq iclasdan sonra istefa verib - Şok detallar üzə çıxdı
1-09-2023, 12:09
1 675

Araik 6 saatlıq iclasdan sonra istefa verib - Şok detallar üzə çıxdı

“Artsax”dakı “siyasi qüvvələr”in Araik Arutyunyanı “istefa” verməyə məcbur etmək üçün ona təzyiq göstərməsi ilə bağlı yayılan şayiələr reallığa uyğun deyil”. 
“Hraparak” xəbər verir ki, bu sözləri qondarma rejim “parlament”inin “deputat”ı Metakse Akopyan bildirib. 
O, iddia edib ki, “istefa”dan öncə Arutyunyanı buna məcbur edən 6 saatlıq gecə iclasında vəziyyətdən çıxmaq üçün çoxlu təkliflər irəli sürülüb:
“Hansı ki, Arutyunyan cavab vermişdi ki, məsləhətləşib daha sonra qərar verəcək. İndi isə o artıq “istefa” verdiyini açıqlayıb”. 
M.Akopyan bildirib ki, üzvü olduğu “Ardarutyun” “partiyası”nın Bakı-Xankəndi birbaşa danışıqlarına alternativ təklif edib: 
“Partiya”mızın sədri “3+1” deyilən formatın yaradılmasını təklif edib. Yəni noyabrın 9-da üçtərəfli bəyanatı imzalayan ölkələrin nümayəndələrindən işçi qrupu yaradılmalıdır. O cümlədən həm Ermənistan, həm də Rusiya hakimiyyətini inandırmaq lazımdır ki, həmin qrupun tərkibində “Artsax” nümayəndəsinin də iştirak etməsi, orada oturması, vəziyyəti müzakirə etməsi və Azərbaycana təkliflər irəli sürməsi mümkündür.
Əgər bu “hakimiyyət” bunu edə bilsəydi, yeganə çıxış yolu bu idi. Yoxdursa, başqalarına şans verməli idi. Arutyunyan demişdi ki, o təkliflərlə bağlı məsləhətləşəcək. İndi onun kimlərlə məsləhətləşib, “istefa” qərarı verdiyini deyə bilmərəm”. 

Oxşar xəbərlər