Məşhur model uğursuz plastik əməliyyatlarından sonra öldü - FOTO
2-09-2023, 12:10
17 652

Məşhur model uğursuz plastik əməliyyatlarından sonra öldü - FOTO

Argentinalı model və aktrisa Silvina Luna vəfat edib.
Xarici KİV xəbər verir ki, 43 yaşlı model etdirdiyi uğursuz plastik əməliyyatlardan sonra dünyasını dəyişib.
Estetik əməliyyatlardan sonra qəfildən səhhəti pisləşib və 3 ay xəstəxanada yatmalı olub.
Orada müalicələr alan modelin vəziyyəti daha da ağırlaşıb və o palatadan reanimasiyaya yerləşdirilib.
Həkimlər Silvinanın yaxınlarına onun öləcəyini deyiblər. Bundan sonra onu süni tənəffüs aparatından ayrıblar.
Luna 2010-cu ildə ombasına metakrilat yeridildikdən sonra xroniki böyrək çatışmazlığndan əziyyət çəkirdi.

Oxşar xəbərlər