Qazaxıstan Milli Bankının rəhbəri işdən çıxarıldı
4-09-2023, 09:54
1 260

Qazaxıstan Milli Bankının rəhbəri işdən çıxarıldı

Qazaxıstan Milli Bankının rəhbəri Qalimjan Pirmatovu vəzifəsindən azad edilib.
Xarici KİV xəbər verir ki, bu barədə ölkə rəhbəri Kasım-Jomart Tokayev sərəncam imzalayıb. 
"Dövlət başçısının sərəncamı ilə Pirmatov Qalimjan Oljaeviç Qazaxıstan Respublikası Milli Bankının sədri vəzifəsindən azad edilib", - məlumatda deyilir.
Qeyd edək ki, Pirmatov 2022-ci ilin fevralından Milli Bankın rəhbəri vəzifəsinə təyin edilmişdi. 

Oxşar xəbərlər