İranlı zəvvarlar yenə İraqda qəzaya düşdü
5-09-2023, 13:41
7 161

İranlı zəvvarlar yenə İraqda qəzaya düşdü

İraqın şimalında zəvvarları daşıyan iki avtobus toqquşub.
“Mehr” agentliyi xəbər verir ki, hadisə nəticəsində 10 iranlı zəvvar həlak olub, daha 3 nəfər isə yaralanıb. 
Qəzanın səbəbləri açıqlanmayıb. 
Xatırladaq ki, oxşar qəza ötən ay da baş vermişdi. Həmin hadisə zamanı 20 iranlı zəvvar həlak olmuşdu.

Oxşar xəbərlər