Yunanıstan şiddətli meşə yanğınlarının ardından indi də sel fəlakəti ilə üzləşdi
5-09-2023, 17:34
6 097

Yunanıstan şiddətli meşə yanğınlarının ardından indi də sel fəlakəti ilə üzləşdi

Yunanıstan meşə yanğınlarının ardından indi də şiddətli fırtınanın səbəb olduğu sel fəlakəti ilə üzləşib.
Əlverişsiz hava şəraiti xüsusilə Maqnesiya bölgəsinin Volos şəhərində və Thessaly bölgəsində müşahidə edilir.
Hazırda müşahidə olunan leysan yağışlar evləri, yolları və infrastukturu sular altında qoyub.
Qeyri-sabit hava şəraitinə görə 1 nəfər şəxs çökən divarın altında qalaraq həyatını itirib.
"Daniel" qasırğası bazar ertəsindən etibarən Yunanıstanın qərbi və mərkəzini dağıdıb.
Yerli mətbuat isə ölkədə 6 sentyabr tarixində şiddətli yağış və fırtınanın gözlənildiyini bildirib.







Oxşar xəbərlər