Paşinyanın arvadı Kiyevə gedir
6-09-2023, 12:30
1 273

Paşinyanın arvadı Kiyevə gedir

Ermənistanın baş nazirinin xanımı Anna Akopyan Ukraynaya gedir. O, bu gün Kiyevdə keçirilməsi planlaşdırılan Birinci Xanımlar və Cənablar Sammitində iştirak edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Qeyd edilir ki, onun adı tədbirin saytında iştirakçılar siyahısında göstərilib.

Akopyan məruzəçi kimi təqdim olunub. Üçüncü dəfə keçirilən Birinci Xanımlar və Cənablar Sammitinin mövzusu “Psixi Sağlamlıq: Gələcəyin Dayanıqlığı və Zəifliyi”dir.

KİV-in məlumatına görə, Akopyan Ermənistandan Ukraynaya humanitar yardım da göndərməyi planlaşdırır. Bu isə Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ilk yardım olacaq. Yardımın nələrdən ibarət olması və hansı məbləğdə yükün göndəriləcəyi hələlik məlum deyil. Yerli mətbuatda yayılan məlumata görə, İrəvan ötən il də Kiyevə yardım vəd etmişdi.

Ermənistan hökuməti hələlik bu məlumatı rəsmi şəkildə şərh etməyib.

Oxşar xəbərlər