Erməni jurnalist Paşinyana Azərbaycan dilində müraciət etdi - Get cəhənnəm ol! - VİDEO
21-12-2020, 16:04
209

Erməni jurnalist Paşinyana Azərbaycan dilində müraciət etdi - Get cəhənnəm ol! - VİDEO

Məşhur erməni jurnalist, şərqşünas, blogger Vadim Arutyunov Ermənistanın Baş naziri Nikol Paşinyana Azərbaycan dilində müraciət edib.
"Antitopor" layihəsinin müəllifi müraciətində Paşinyanı ölkənin baş naziri vəzifəsindən getməyə çağırır:
V.Arutyunov "Çıx get. Erməni xalqını cin atına mindirmə. Get cəhənnəm ol. Bilirsən, hakim nə vaxt özünün heç kim olduğunu anlamalıdır? Xalq ona hörmət etməyəndə və düşmənlər onu sevəndə" deyib. / Milli.Az
 

Oxşar xəbərlər