Paşinyanı qovan etirazçılar Gorus merinin azad olunmasını tələb edirlər - Video
21-12-2020, 18:11
189

Paşinyanı qovan etirazçılar Gorus merinin azad olunmasını tələb edirlər - Video

Xalqı baş nazir Nikol Paşinyana qarşı etiraza səslədiyi üçün bu gün səhər saatlarında hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Gorus meri Aruş Aruşanyan hələ də sərbəst buraxılmayıb.
Bununla əlaqədar Yerevan-Gorus yolunu bağlayan vətəndaşlar etirazlarını davam etdirirlər. Onlar Aruş Aruşanyanın azad edilməsini tələb edirlər:
"Aruşanyanın həbs edilməsi qanuna uyğun deyil. Sakit bir şəkildə sərbəst buraxılmasını istəyirik. Bizə gəlib azad olduğunu desəniz, yolu yenidən açacağıq".
Qeyd edək ki, etirazçılar səhər saatlarından Paşinyanın Sünikə girməsini əngəlləməyə cəhd etsələr də, bu mümkün olmayıb. Belə ki, baş nazir bölgəyə helikopterlə daxil olub. Daha sonra yaşayış məntəqələrini ziyarət edərək sakinlərlə görüşüb. Lakin etirazçın şiddətini görən Paşinyan Sisiyan şəhərindəki çıxışı zamanı bununla da səfəri dayandırmağa məcbur qaldığını açıqlayıb.
 

Oxşar xəbərlər