Rusiyada orduya yardım toplayanları partlatmaq istədi - VİDEO
7-09-2023, 16:59
7 186

Rusiyada orduya yardım toplayanları partlatmaq istədi - VİDEO

Rusiyanın Rostov-na-Don ərazisində hərbi geyimdə olan bir şəxs humanitar yardımların toplanması məntəqəsini partlatmaqla hədələyib.
Bu barədə Rusiyanın "Baza Telegram" kanalı məlumat yayıb.
Bildirilir ki,  sərxoş kişi “Döyüş Qardaşlığı veteranları”nın təşkil etdiyi xüsusi hərbi əməliyyatın döyüşçüləri üçün humanitar yardımın toplandığı yerə gəlib. O, stolun üstünə qumbara qoyaraq, insanları məntəqəni partlatmaqla hədələyib.  
Hadisə anbaan kameralara əks olunub.  


Oxşar xəbərlər