Dünya
7-09-2023, 18:00
7 797
PKK-nın rəhbərlərindən biri məhv edildi
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyanın Rumeylan bölgəsində antiterror əməliyyatı keçirib.
"TRT Haber" xəbər verir ki, PKK/YPG terror qruplaşmasının rəhbərlərindən olan "Rojna" kod adlı Zülfiye Binbir məhv edilib.
O, terror təşkilatının iqtisadi məsələlər üzrə "məsul şəxsi" olub.
Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, Zülfiye Binbir 1993-cü ildə PKK-nın heyətinə qoşulub.
Amed və Qarzan əyalətlərində xidmət etdikdən sonra 1997-ci ildə İraqa keçib və 2004-cü ilə qədər bu ərazidə terror fəaliyyətini davam etdirib.
Zülfiye Binbir 2021-ci ildən təşkilatın Kamışlıdakı maliyyə/iqtisadiyyat rəhbərləri arasındadır.