Dünya
11-09-2023, 09:50
778
Təyyarəsi xarab olan Trüdo Hindistanı tərk edə bilmədi
Hindistanda keçirilən 18-ci G20 Sammitindən sonra ölkəsinə qayıtmaq üçün hava limanına gedən Kanadanın baş naziri Castin Trüdo təyyarəsindəki texniki nasazlıq səbəbindən Hindistanı tərk edə bilməyib.
Trüdo və komandasının bir müddət daha Hindistanda qalacağı öyrənilib.
Belə ki, Kanada Baş nazirliyindən verilən açıqlamada, Trüdo və heyətinin Kanada Silahlı Qüvvələrindən onları daşıyacaq təyyarədə texniki problem olduğuna dair xəbərdarlıq aldığı bildirilib.
"Bu məsələləri bir gecədə həll etmək olmaz, bizim nümayəndə heyətimiz alternativ tənzimləmələr edilənə qədər Hindistanda qalacaq”, - bəyanatda deyilir.