Sergey Surovikinə yeni vəzifə verildi
11-09-2023, 12:21
1 856

Sergey Surovikinə yeni vəzifə verildi

Sergey Surovikin Müstəqil Dövlətlər Birliyinin (MDB) hava hücumundan müdafiə məsələləri üzrə əlaqələndirmə komitəsinin rəhbəri təyin olunub. 
Xarici KİV xəbər verir ki, Surovikinin bu vəzifəyə təyinatını MDB Müdafiə Nazirləri Şurası elan edib. 
Məlumata görə, səsvermə zamanı generalın namizədliyi yekdilliklə dəstəklənib.
Qeyd edək ki, general bir müddət öncə Rusiya Aerokosmik Qüvvələrinin komandanı vəzifəsindən uzaqlaşdırılmışdı. 



Oxşar xəbərlər