Priqojinlə bağlı bomba iddia: Sağdır və vəziyyəti yaxşıdır
11-09-2023, 12:23
1 903

Priqojinlə bağlı bomba iddia: Sağdır və vəziyyəti yaxşıdır

“Vaqner” lideri Yevgeni Priqojinin ölümü ilə bağlı yeni iddia ortaya atılıb.
 
 
Xarici media xəbər verir ki, beynəlxalq münasibətlər üzrə ekspert və akademik kimi tanınan Dr. Valeri Solovey Priqojinin əslində ölmədiyini və Karib dənizindəki bir adada yaşadığını deyib.
Solovey Priqojinin Venesuela sahillərindəki Marqarita adasında yaşadığını iddia edib.
Valeri Solovey Priqojinin qəzadan əvvəl təyyarəyə qoyulan bombadan xəbərdar olduğu və bu səbəbdən də təyyarəyə minmədiyini bildirib.
"Putin və Rusiya Təhlükəsizlik Şurasının baş katibi Nikolay Patruşev oyun oynayıb və onu ölü kimi göstəriblər. Priqojin hələ də sağdır və vəziyyəti yaxşıdır”.  
Qeyd edək ki, Putinə yaxınlığı ilə tanınan və Rusiya-Ukrayna müharibəsində mühüm rol oynayan Priqojin Moskva rəhbərliyinə reaksiya verərək üsyana başlamışdı. Lakin Belarus müdaxiləsi ilə Priqojin Rusiyanı tərk edərək Belarusa sığınıb. Priqojin avqustun 23-də Moskva yaxınlığında təyyarənin qəzaya uğraması nəticəsində dünyasını dəyişib.

Oxşar xəbərlər